Qışın əsas meyvəsi yaxud niyə tez-tez naringi yeməliyik

Qidalanma3 dəq oxu
Qışın əsas meyvəsi yaxud niyə tez-tez naringi yeməliyik

Bir çoxları üçün bu meyvə qışın dəyişilməz rəmzidir. Əla dad, yenili təravətu, parlaq rəng – naringilər ilk saniyədən diqqəti cəlb edir və onlardan imtina etmək çox çətindir. Heç imtina etmək lazım da deyil. Onlar dadlı olduğu qədər xeyirlidir. Gəlin naringini nəyə görə sevəmili olduğumuzu araşdırlaq.

Naringinin dəyəri nəinki onun dad keyfiyyətində, həmçinin orqanizm üçün xeyirli olan xüsusiyyətindədir.

Qışın əsas meyvəsi yaxud niyə tez-tez naringi yeməliyik — şəkil 1

1.Zəngin tərkib

Ləzzətli parlaq meyvələrdə vitaminlər, o cümlədən B qrupuna aid elementlər mövcuddur. Onlar sağlamlıq üçün zəruridir. Məsələn, B1 zülalların, yağların və karbohidratların metabolizmi üçün lazımdır. B2 isə qalxanvari vəzin fəaliyyətini normallaşdırır, saçların, dərinin və dırnaqların durumunu yaxşılaşdırır. B4 olmadan sinir sistemi və yaddaş yaxşı işləməyəcək. Naringinin lətində isə fosfor, kalium, maqnium, kalsium, lütein və xolin var. Sonuncu iki element görmə qabiliyyətini yaxşılaşdırır və qara ciyərə müsbət təsir göstərir. 

2.Aşağı kalori

Dad baxımından naringi əsl desertdir. Bundan əlavə, meyvədə olduqca az – 100 qrama 53 kalori var. Qalanları – həzm sisteminə müsbət təsir edən su, karbohidrat, liflərdir. Meyvələr həmçinin maddələr mübadiləsini yaxşılaşdırır.

3.Mədə-bağırsaq sisteminə müsbət təsir

Naringi metabolizmi normallaşdıraraq mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır. O, qara ciyər, mədə, bağırsaq və öd kisəsində iltihab proseslərini aradan qaldırır. Meyvə yağları həzm etməkdə, bağırsaq mikroflorasının balanslaşdırılmasında müsbət rol oynayır. Fitonsid xüsusiyyətlərə malik olan naringi, disbakterioz zamanı tövsiyyə edilir. 

Qışın əsas meyvəsi yaxud niyə tez-tez naringi yeməliyik — şəkil 2

4.Ürək və damarların gücləndirilməsi

Həmçinin pektindən ibarət olan vitamin tərkibi sayəsində bu meyvə ürək-damar sistemi üçün ən yaşılardan biridir. Lakin bunun üçün lətlə birgə meyvədə olan lifləri də yemək lazımdır. Bu “pis” xolesterin səviyyəsinin azalmasına təsir edir, tromblaşmanın qarşısını alır, qan axışını yaxşılaşdırır. Bu səbəbdən insult, infarkt və bənzər xəstəliklərin riski azalır. 

5.Əhvalın yaxşılaşması

Naringi fruktoza ilə də boldur. Şəkərin bu növu orqanizm tərəfindən daha yaxşı həll olunur. Buna görə də, naringinin şirniyyatdan çox yemək olar. Sitrus meyvəsinin ətiri isə evdə qış nağılı abu-havası yaradır.Bu səbəbdən meyvə əhvalı yüksəldir, enerji ilə doldurur və streslə mübarizə aparmağa kömək edir. 

6.Viruslara qarşı xüsusiyyətlər

Sitrus meyvələri imuniteti gücləndirən C vitamini və digər komponentlərlə ilə boldur. Buna görə də, naringi orqanizmi soyuqdəymədən, qripdən və digər virus xəstəliklərindən qoruyur. Çoxlu naringi yeyən daha az xəstələnir.

Qışın əsas meyvəsi yaxud niyə tez-tez naringi yeməliyik — şəkil 3 

7.Yaxşı naringiləri necə seçmək lazımdır

Naringidən dolöun şəkildə həzz almaq üçün ən yaxşı meyvələri seçmək lazımdır. Bu olduqca asandır. Naringinin bir çox növü var və onların hamısı çox şirindir. Onları sadəcə cüzi dad fərqləndirir. 

Kiməsə Türkiyə naringiləri, kiməsə daha turş olan klementin və mineola yaxındır. Qışda naringini hər yerdə tapmaq olar. Meyvənin təzə və dadlı olduğu onun ətirindən və xarici görünüşündən bilinir. Qabığın üzərindəki ləkə, kif, quru qabıq onu deyir ki, meyvə düzgün saxlanılmayıb. Belə meyvəni almaq məsləhət deyil. Ən yaxşısı onları bir-bir seçməkdir. 

8.Naringi ilə nə etmək lazımdır

Əlbəttə ki, ilk növbədə onu yemək lazımdır. Lakin normanı aşmağa ehtiyac yoxdur. Naringini polietilen torbalarda saxlamayın, çünki o açıqlığı və havada olmağı xoşlayır. Rütubət də ona ziyan vurur. Naringi soyuducuda saxlamaq ən məsləhətlidir. 



Oxşar məqalələr

Hamısı

Ən çox oxunan