Diqqət! İsti yeməklər və içkilər xərçəng riskini artırır
Qış günlərində isinmək üçün isti yemək yeyənlər diqqətli olmalıdır.

Qış günlərində isinmək üçün isti yemək yeyənlər diqqətli olmalıdır.
Gent.az xəbər verir ki, bu barədə Türkiyəli həkim Yavuz Səlim Yıldırım açıqlama verib.
Onun sözlərinə görə, araşdırmalar göstərib ki, temperaturu 60-70°-dən yuxarı olan içki və qidaların istehlakı xərçəng riskini artırır. İsti qidaların yemək borusu xərçənginə səbəb olduğu, ağızda yaralar yaratdığı, mədə ağrısı və mədə xərçənginə səbəb olduğu, qırtlaq xərçəngi riskini artırdığı, dil və dişlərə zərər verdiyi sübut edilib.
Ağızdan mədəyə qədər olan bölgədəki orqanlar illərlə dəfələrlə yüksək temperatura məruz qalırsa, bu bölgədəki toxumaların və zülalların denatürasiyasına səbəb olur. Yəni, xərçəngin əmələ gəlməsi üçün mühüm risk faktoru kimi görünür.
Zülalların strukturunu pozan digər amillərin olması, məsələn, ədviyyatlı yeməklər istiliklə birləşdikdə mədə və yemək borusu üçün daha böyük risk yaradır.
Mütəxəssis qeyd edib ki, toxumalar isti təsirdən sonra özünü yeniləmək qabiliyyətinə malikdir. Lakin istiyə dəfələrlə məruz qaldıqda, toxumaların özünü sağaltma qabiliyyəti getdikcə azalacaq və xərçəng meydana çıxacaq.
İlay
Gent.az







