Gündə 5-6 şabalıd yeməyin nə kimi faydası var?

Dietoloqlar sağlam qida mənbəyi olan şabalıdın faydaları ilə bağlı verdiyi açıqlamada, şabalıdın tez yorulan və halsızlaşan zəif insanlar üçün enerji deposu olduğunu bildirib.

Qidalanma1 dəq oxu
Gündə 5-6 şabalıd yeməyin nə kimi faydası var?

Şşabalıdın tərkibində keyfiyyətli həzm olunan lifli, az yağlı maddələr, xüsusilə nişasta, şəkər və müxtəlif mineral maddələr var.

Gent.az xəbər verir ki, 3 şabalıd 1 dilim çörəyi əvəz etdiyi üçün porsiyaya nəzarət edilmədikdə çəki artımına səbəb ola bilər.

Şabalıdın tərkibində sadə karbohidratlardan daha yavaş sorulan mürəkkəb karbohidratlar var. 15 qram qaynadılmış şabalıd 25 kalori ehtiva edir.

Axşam qəlyanaltı olaraq 5-6 şabalıd yeyiləcəksə, çörək, şorba, düyü kimi karbohidratlı qidaları məhdudlaşdırmaq olar.

B1 və B2 vitaminləri ilə zəngin olan şabalıd buğda allergiyası, qlütenə qarşı həssas olanlara və çölyak xəstələri üçün keyfiyyətli qida mənbəyidir.

Şabalıd depressiya və stressə də yaxşı gəlir.

Erkən qocalmanın qarşısını alan və bədəndəki toksinlərin asanlıqla atılmasını təmin edən şabalıd bağırsağın dostudur.

Tərkibindəki yüksək kalium olduğu üçün kalium çatışmazlığı olanlara tövsiyə edilən şabalıd qan təzyiqini tənzimləyərək qan dövranını da sürətləndirir.

Çox yedikdə köp, ishal və ya qəbizlik kimi bəzi həzm sistemi problemlərinə səbəb ola biləcəyi xəbərdarlıq edilir.

Xüsusilə pəhriz saxlayan və qaraciyəri yağlananlar şabalıddan çox ehtiyatla istifadə etməlidirlər. Şəkərli diabet və təzyiq xəstələri də həddindən artıq şabalıd yeməkdən çəkinməlidirlər. (aztibb.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan