Arıqlamaq üçün ən ideal qida məhsulu

Hər gün kəsmik yemək yuxunu normallaşdırır və arıqlamağa kömək edir.

Qidalanma1 dəq oxu
Arıqlamaq üçün ən ideal qida məhsulu

Bu barədə diyetoloq Olqa Korablyova danışıb.

Gent.az xəbər verir ki, onun sözlərinə görə, kəsmik sümük, qaraciyər və əzələlər üçün faydalıdır.

Həkim bu qida məhsulunun orqanizmi təmizləmək və arıqlamaq üçün ideal olduğunu vurğulayıb.

Kəsmik yuxunu normallaşdıran və depressiyanın öhdəsindən gəlməyə kömək edən triptofan amin turşusu ilə zəngindir. Onun tərkibində, həmçinin, kalsium və fosfor var. Qida rasionunuza kəsmiyi daxil etməklə siz dişlərinizdəki problemlərdən xilas olacaqsınız, sümükləriniz daha möhkəm, saç və dırnaqlarınız daha sağlam olacaq.

Arıqlamaq üçün ən ideal qida məhsulu — şəkil 1

Diyetoloqun sözlərinə görə, 9% yağlılığı olan 100 qram kəsmik ortalama 169 kalori və 16% zülaldan ibarətdir. Bu səbəbdən kəsmik insanda toxluq hiss yaradır, ona görə də həddən artıq çox yemək ehtimaı azalır.

"Çox güman ki, menyuda kəsmik olsa, siz adi vaxt yediyinizdən daha az yeyəcəksiniz", - deyə Korablyova əlavə edib.

O vurğulayıb ki, yağlı yemək sevənlərdə qaraciyər hüceyrələri tədricən yağ toxumasına çevrilir.

Bu xəstəlik belə də adlandırılır - qaraciyər piylənməsi.

Eyni zamanda, kəsmiyin tərkibində metionin amin turşusunu da var və yağ mübadiləsinə müsbət təsir göstərir, qanda pis xolesterolu azaldır.

Daha öncə, diyetoloq İrina Stepnaya ananası arıqlamaq üçün ideal meyvə adlandırıb. Bu meyvə B, C, A qrupundan olan vitaminlərlə, dəmir, maqnezium və kalsium kimi mikroelementlərlə zəngindir.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan