Hansı meyvə quruları zərərlidir?

Qurudulmuş meyvələri seçərkən onların görünüşünə diqqət yetirmək son dərəcə vacibdir, çünki bu, məhsulun gizli zərəri barədə xəbərdarlıq edə bilər.

Qidalanma1 dəq oxu
Hansı meyvə quruları zərərlidir?

Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.

Gent.az xəbər verir ki, "Qurudulmuş meyvələrin görünüşü sizə onun necə emal edildiyini dəqiq söyləməlidir. Parlaq və çox yumşaqdırsa, çox güman ki, yağ və ya qliserindən istifadə edilmişdir. Məsələn, şəkər siropunda dəmləmə xurmaya parlaqlıq verir", - deyə Pançenko bildirib.

O, qurudulmuş meyvələrin çoxunun daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksidi ilə emal olunduğunu da vurğulayıb.

"Qurudulmuş meyvələri parıltısız, ən adi formada, qabığı çatlamadığı, normal qoxulu, çəyirdəyi ilə, qoz-fındığı isə qabığında alın", - deyə diyetoloq əlavə edib.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan