Kişilərə xəbərdarlıq - Bunu 2 stəkandan çox içməyin

Qidalanma1 dəq oxu
Kişilərə xəbərdarlıq - Bunu 2 stəkandan çox içməyin

Südün həddindən artıq istifadəsi kişilərin sağlamlığına mənfi təsir göstərir, prostat vəzi xərçənginin inkişaf ehtimalını artırır.

Bu sözləri tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov deyib.

Mütəxəssisin sözlərinə görə, süd ən sağlam qidalardan biridir, lakin kalsiumun çoxluğu sağlamlıq üçün də təhlükə ola bilər.

Həkim xəbərdarlıq edib ki, təzə inək südünün həddindən artıq içilməsi kişilərdə prostat vəzi xərçənginin inkişafına kömək edir ki, bunu da statistik hesablamalar təsdiq edir. 

“Kişilər üçün süd istifadəsini 300 mililitrlə, yəni gündə iki stəkanla məhdudlaşdırmaq lazımdır”, - A.Myasnikov əlavə edib. (Medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan