Balıq yağı heç bir xəstəliyi sağaltmır

Qidalanma1 dəq oxu
Balıq yağı heç bir xəstəliyi sağaltmır

Balıq yağı adı ilə satılan BAD-lar, qida əlavələri və Omeqa-3 psixi pozulmalar, ürək xəstəlikləri, depressiya və sinir problemlərində müalicəvi təsir etmir.

Bu nəticəyə Harvard universitetinin tibb məktəbinin alimləri gəlib. Belə ki, 18 min nəfər kişi və qadının tibbi məlumatlarını analiz edilib.

Onlar 2 qrupa bölünüb.

Bir qrupa Omeqa-3 tərkibli qida əlavəsi və ya 1 qram balıq yağı, digər qrupa isə plasebo verilib. Nəticələrin heç birində Omeqa-3 yaşlılarda müalicəvi təsirə malik olmayıb.

Alimlər hesab edir ki, psixi sağlam insanların balıq yağını və Omeqa-3-ü hətta profilaktik məqsədlə də qəbul etməsi əhəmiyyətsizdir.

Balıq yağı iltihabi proseslərin qarşısını almaq üçün profilaktik məqsədlə sağlam insanlar tərəfindən qidaya əlavə olaraq qəbul edilə bilər. Lakin onlar müalicə vasitəsi deyil.(Medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan