Yüksək təzyiq riskini kəskin azaldan içki...

İnsanlar artıq 35 yaşdan yüksək təzyiq xəstəliyi riski ilə üz-üzədir.
Bunun qarşısını almaq mümkündür. Bunun üçün qida və həyat rejimini dəyişmək lazımdır.
Gent.az Medicina.az-a istinadən xəbər verir ki, Çin alimləri yeni tədqiqatlarında hipertoniya riskini azaldan, insanı qoruyan 2 içkinin effektini sübut ediblər.
Bunlar yaşıl çay və ulundur. Onlar güclü antioksidant təsirə malikdir
Gündə yarım stəkan yaşıl çay və ulun içən şəxslərdə hipertoniya riski 46 faiz azalıb.
Gündə 2 fincan içənlərdə isə bu risk 65 faiz aşağı düşüb.
Bu içkiləri yeni aşkarlanan təzyiq xəstələri də içə bilər.







