Bayramdan sonra ac qalmağın təhlükəsi

Uzun Yeni il tətillərində yeyib-içdikdən sonra ac qalmaq orqanizm üçün təhlükəlidir.

Qidalanma1 dəq oxu
Bayramdan sonra ac qalmağın təhlükəsi

Bu barədə Rusiyalı həkim-diyetoloq, Milli Diyetoloqlar Assosiasiyasının üzvü, tibb elmləri namizədi Darya Rusakova və terapevt, endokrinoloq, diyetoloq Yekaterina Krivtsova URA.RU-ya müsahibələri zamanı deyiblər.

Gent.az xəbər verir ki, Rusakova normal rejimə tədricən qayıtmağı məsləhət görür. Onun sözlərinə görə, artıq çəkidən qurtulmaq üçün ac qalmaq beyin, qara ciyər və böyrəklərin işinə mənfi təsir göstərir:

"Bədəndə parçalanma prosesləri baş verdiyi üçün orqanizmə maye normal şəkildə daxil olmasa, mədə-bağırsaq traktı düzgün işləməsə, toksinlər orqanizmi zəhərləyəcək, yükləndiyi üçün beyin, qara ciyər, böyrəklərin fəaliyyəti pozulacaq".

Bunun əvəzinə, həkim bayramdan sonra yeməyin porsunu azaldıb, fiziki aktivliyi artırmağı tövsiyə edir.

Mütəxəssis, həmçinin, həzm sisteminin artıq yeməyə alışmaması üçün normal rejimə mümkün qədər tez qayıtmağı məsləhət görür:

"İki həftədən sonra artıq normal həyat tərzinə qayıtmaq çətin olacaq".

Onunla həmfikir olan Krivtsovanın da sözlərinə görə, bayramdan sonra aclıq etdikdə orqanizm çox yüklənir. Nəticədə yaranan "şiddətli stres induksiyası" xroniki xəstəliklərin kəskin dekompensasiyası və immunitetin düşməsinə səbəb ola bilər.(big.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan