Yaşlanmanı ləngidən superməhsul
İsveçrə alimləri aşkar ediblər ki, narın tərkibində olan maddə yaşlaşmanı xeyli ləngidir.

Alimlər narın tərkibində "ellagitannin" maddələri aşkar ediblər.
Gent.az xəbər verir ki, bu maddələr bağırsaqlarda parçalanaraq "urolitin A" maddəsinə çevrilir.
Eksperimentlər zamanı tədqiqatçılar urolitin A maddəsini siçanların orqanizminə yeridirdilər. Nəticədə siçanların yükləmələrə olan davamlılığı 50%-ə yaxın artıb.
Hal hazırda alimlər narın tərkibində olan maddənin əsasında xüsusi qida əlavəsi hazırlayırlar ki, bu yeni preparat yaşlı insanların gücünü və yükləmələrə olan davamlılığını xeyli artıracaq.
Ümumiyyətlə bütün dünya alimləri narın müalicəvi və profilaktik xüsusiyyətlərini çox yüksək qiymətləndirir, narı insan sağlamlığı üçün ən faydalı məhsul, hətta superməhsul hesab edirlər.(saglamolun.az)







