Orqanizmə xeyri olan ədviyyatlar

Qidalanma1 dəq oxu
Orqanizmə xeyri olan ədviyyatlar

Bəzi ədviyyatlar yeməyə ləzzət qatdığı qədər kişi sağlamlığı üçün xeyirlidir.

Onlardan bəzilərini sizə təqdim edirik:

Zəncəfil

Bəlkə də ən mübahisəli ədviyyatdır. Bəli onun rahatlaşdırıcı və iltihaba qarşı təsiri var, həmçinin ürəkbulanmasını aradan götürür (dəniz xəstləyi olsa belə). Lakin ürək və damar xəstəlikləri olan insanlara qadağandır. 

Zəfəran

Sinir sisitemini qıcıqlandırır. Bunda görə də işdə çox istifadə etmə, yoxsa yuxusuzluqdan əziyyət çəkəcəksən. Dozadan artıq yedikdə zəhərələnmə verə bilər (amma bunun üçün bir torba zəfəran yemək lazımdır).

Zərdəçal

Özü-özlükdə və ya karri ilə birlikdə dəriyə elastikli bəxş edir, qlükozanın epiteliyə olan dağıdıcı təsirini yavaşladır. Bu baxımdan karri daha xeyirlidir: çünki onun tərkibində sinir sisteminin işini tənzimləyən fenureke komponenti var. 

Mixək

Hil kimi iyrənc dada malik olan mixəkdə ağızda pis qoxunu aparan antiseptic komponentlər var. 

Darçın

Əsl kişi ədviyyatıdır: şəkəri sabitləşdirir, xəstəlik saçan bakteriyaları öldürür, qoxusu ilə beş qadından ikisində seks istəyi oyadır. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan