İftar süfrəsi üçün ən dadlı menyu
Bu gün Ramazan ayının altıncı günüdür.

Gent.az iftar süfrəsi üçün hazırlaya biləcəyiniz yemək, şorba və şirniyyat təqdim edir:
Yayla şorbası
Ərzaqlar:
Düyü - 1 stəkan
Qatıq - 1 fincan
Süd - 1 fincan
Un - 2,5 x/q.
Yumurta - 1 ədəd
Nanə
Ət bulyonu - 5 stəkan
Duz zövqə görə
Hazırlanması:
Düyünü suda bişirin. Tavaya ət suyunu və bişmiş düyünü əlavə edib, vam odda qaynadın. Kənarda qatıq, süd, un və yumurtanı qarışdırın. İçərisinə qaynayan ət suyundan bir az əlavə edib, tavaya yavaş-yavaş tökün. Qatı hala gələnə qədər vam odda saxlayın (qarışdırmağa davam edin). Digər bir tavada yağı əridib, üzərinə nanə tökün. Şorbanı süfrəyə verərkən üzərinə nanəli sousdan əlavə edin.(axşam.az)







