İftar süfrəsi üçün dadlı reseptlər

Bu gün Ramazan ayının 12-ci günüdür.

Qidalanma1 dəq oxu
İftar süfrəsi üçün dadlı reseptlər

Gent.az iftar süfrəsi üçün menyu təqdim edir:

Qarğıdalı şorbası

Ərzaqlar:

500 qr. bişmiş qarğıdalı


2 yemək qaşığı kərə yağı

1 ədəd soğan

2 xörək qaşığı un

8 stəkan süd

4 stəkan toyuq bulyonu

5-6 yarpaq cəfəri

Hazırlanması:

Qarğıdalının yarısını əzib püre halına gətirin, yarısını kənarda saxlayın. Qazanda kərə yağını əridib, xırda doğranmış soğanı əlavə edin. Soğan qovrulanda unu tökün. Əzdiyiniz qarğıdalını qazana töküb qarışdırmağa davam edin. Üzərinə süd və toyuq suyunu töküb, qaynamağa qoyun. Kənarda qalan qarğıdalını töküb bir az da qaynadın. kənara qoyanda üzərinə cəfərini tökün.

Darçınlı keks

Ərzaqlar:

Yumurta – 4 ədəd
Şəkər tozu – 1 st.
Duru yağ – 1 st.
Süd – 2 st.
Vanilin – 2 ədəd
Qabartma tozu – 2 ədəd
Alma – 4 ədəd
Portağal – 1 ədəd
Darçın – 1 çay qaşığı
Un apardığı qədər

Hazırlama qaydası:

Yumurta və şəkər tozunu yaxşı qarışdırdıqdan sonra üzərinə duru yağ, süd, vanilin, əlavə et. Kənarda qabığı soyulmuş almanı dördkünc doğra, portagal qabığını rəndələ, üstünə darçını əlavə edib, yumurtalı qarışığa tök. Sonda un və qabartma tozunu qatıb, yaxşı qarışdırdıqdan sonra 180 dərəcə isidilmiş sobada bişir.

Toyuqlu qovurma

Ərzaqlar:
Göbələk - 300 qr.
Toyuq filesi - 1 ədəd
Tomat pastası - 1 xörək qaşığı
Soğan - 1 ədəd
Qırmızı bibər - 1 ədəd
Yaşıl bibər - 1 ədəd
Kartof - 3 ədəd
Yağ - 3-4 xörək qaşığı
İstiot, duz zövqə görə

Hazırlanması:
Göbələkləri, toyuqları xırda doğrayın. Yağı tavaya töküb, üzərinə göbələyi əlavə edin. 5 dəqiqə qovurduqdan sonra toyuğu tökün. Bir az qovurduqdan sonra xırda doğranmış soğanı, bibərləri və kartofu əlavə edin. Sonda duz, istiot, tomat pastası, azca su töküb, vam odda bişirin.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan