İftar süfrəsi üçün dadlı menyu

Bu gün Ramazan ayının 21-ci günüdür.

Qidalanma1 dəq oxu
İftar süfrəsi üçün dadlı menyu

Gent.az iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:

Toyuq qızartması
Ərzaqlar:
Toyuğun döş əti - 1 kq.
Duz və istiot
Duru yağ

Sous üçün:
Layma (yaşıl limon) şirəsi - 1 st.
Soya sousu - 4 x/q.
Sarımsaq - 4 diş
Un - 0,5 st.
Qırmızı istiot - 1 ç/q.
Duz və istiot zövqə görə

Hazırlanması:

Toyuq ətini dördkünc doğra. Sous hazırlayıb, ətin üstünə tökdükdən sonra yaxşıca qarışdır. 3 saat saxladıqdan sonra bitki yağında qızart.


Şokoladlı rahathulqum

Ərzaqlar:
Yoqurt - 3 qutu
Şokoladlı peçenye -300 qr.
Jelatin - 15 qr.
Vanil - 1 paket
Süt - 1/2 stəkan

Hazırlanması:

Jelatini südlə qarışdırıb, vam odda əriyənə qədər bişir. Yoqurtu vanillə qarışdırıb, jelatinə əlavə et. Peçenyeləri əzib, bir qaba yığıb, üzərinə yoqurtlu qarışığı tök. Üstünə xırdalanmış şokolad əlavə edib, soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə ver.

Lobya və kokoslu şorba

Ərzaqlar:
Quru lobya - 200 qr.
Düyü - 100 qr.
Soğan - 1 ədəd
Pomidor - 2 ədəd
Kərə yağı - 50 qr.
Sarıkök - 1 çay qaşığı
Kokos südü - 400 ml.
Duz və istiot
Toyuq filesi - 200 qr.

Hazırlanması:

Lobyanı yuyub, axşamdan suya qoy. Səhər yumşalana qədər suda bişirib, süz. Düyünü 20 dəqiqə bişir. Tavaya yağ, duz və istiot töküb, xırda doğranmış soğanı qovurduqdan sonra, sarıkökü əlavə et. Daha sonra doğranmış pomidor əlavə edib, vam odda 3-5 dəqiqə saxla. Üzərinə bişmiş lobya, kokos südü, bir az da su əlavə edib,10 dəqiqə vam odda qaynat. Sonda düyünü töküb, bişir. Süfrəyə verərkən içərisinə sürtgəcdən keçirilmiş təzə kokos tök.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan