Kimlərə göy soğan yemək olmaz?

Qidalanma1 dəq oxu
Kimlərə göy soğan yemək olmaz?

Yaşıl soğan antibakterial təsir göstərir, ona görə də o, ağız boşluğu iltihabı götürür, bakteriyaları öldürür, karies, stomatit riskini azaldır.

Yaşıl soğan kaliy, sink, kalsiumla zəngindir. Bundan başqa onda A, B, C vitaminləri var. Sink tərkibinə görə o, təbii antibiotik rolunu oynaya bilər. Eləcə də görməni yaxşılaşdırır.

Maraqlıdır bəs, yaşıl soğanı kimlər yeyə bilməz?

Bu sualı həkim-dietoloq Nataliya Qerasimova cavablandırıb.

Onun sözlərinə görə, yaşıl soğan mədə yarası olan üçün zərərli ola bilər:

"Rasionda müntəzəm yaşıl soğanın olması immun sistemi yaxşılaşdırır, sinir sistemini sakitləşdiri. Yaşıl soğan dişlərin vaxtından əvvəl çürüməsinin qarşısını alır. Lakin bu tərəvəz ciddi mədə yarası olanlar üçün zərərli ola bilər". (Lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan