Amma bir çox müasir xanımlar işlədikləri üçün adi yemək bişirməyə belə, çox vaxt ayıra bilmirlər.
Ailəsini dadlı desertlərlə sevindirmək istəyib, vaxt tapa bilməyən xanımlar üçün çox tez və asan hazırlanan şirniyyat reseptləri mövcuddur.
Gent.az Məsumə Əsədovanın "Gül Kimi Evim" adı ilə tanınan "YouTube" və "İnstagram" kanalına istinadən sizə sobasız, adi fincanda hazırlanan suflenin reseptini təqdim edir.
Sobasız, fincanda cəmi 10 dəqiqəyə hazırlanan ləzzətli sufle - ÇOX SADƏ RESEPTLazım olan ərzaqlar:
4 yumurta,
200 qr şəkər,
200 ml süd,
200 ml duru yağ,
400 qr un,
qabartma tozu,
kakao,
şokolad.
Sobasız, fincanda cəmi 10 dəqiqəyə hazırlanan ləzzətli sufle - ÇOX SADƏ RESEPTHazırlanması:
Yumurtaları bir qabda mikserlə qarışdırırıq və qarışdırdıqca üzərinə digər məlzəmələri də tədricən əlavə edirik. Alınan qarışımı fincanlara doldururuq. Hər fincanın ortasına bir az şokolad qoyub, içində basdırırıq.
Daha sonra fincanları dərin qazana yığıb onların yarısınadək qaynar su əlavə edirik. Qazanın qapağını bağlayırıq və 10-15 dəqiqə ocaqda, buxarda bişdikdən sonra suflemiz hazır olur. Üzərinə zövqə görə şəkər pudrası səpmək olar.(big.az)