Ancaq buna ehtiyatla yanaşmaq lazımdır.
Gent.az xəbər verir ki, bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Vyalov məlumat verib.
Mütəxəssis qeyd edib ki, insan orqanizmində qaynar sudan istifadə zamanı hüceyrələr ölür. Bu da gələcəkdə xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Həkim bildirib ki, qaynar içkilər ağız boşluğunu yandırır və bu anda hüceyrələr ölə bilər. Vyalov onu da qeyd edib ki, çox qaynar içki qəbul etmək bir çox onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bundan əlavə, ekspert vurğulayıb ki, çox qaynar içki içmək mədə işini poza və hətta qastriti inkişaf etdirir.(big.az)