Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal, 2%-ə qədər yağ olur.
Bu meyvədə nişasta olmaqla lif, zülal, kalium, fosfor, kalsium kimi minerallar və B qrupu vitaminləri var.
Şabalıd təzə halda yeyilir. Xüsusilə artıq çəki problemi olanlar buna diqqət etməlidirlər. Damar genişlənməsində və yüksək təzyiqdən əziyyət çəkənlərin, şəkər xəstələrinin şabalıd yeməməyi tövsiyə olunur.
Gent.az şabalıdın faydalarını qeyd edir:
- şabalıd qabıqlarının suda qaynadılmasıyla hazırlanan dərman temperaturu salır və əsəbləri sakitləşdirir;
- meyvəsi, əzələləri qüvvətləndirir, qan dövranını nizamlayır;
- bədəni və zehni yorğunluğu aradan qaldırır. Babasilin meydana gəlməsinin qarşısını alır;
- qanazlığını aradan qaldırır.
Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı maddə (9%-ə qədər) K vitamini vardır. Ona görə də yarpaqlarından çay dəmləyib içmək daxili qanaxmalara qarşı müsbət təsir göstərir.(medicina.az)