Bu günədək ehtimal edilirdi ki, gecə üstünə mayonez yayılmış kolbasalı buterbrod piyə çevrilir və sevdiyin qızı səni “gombulum” deməyə səbəb olur.
Lakin artıq hər şey arxada qaldı.
Alimlər sübut edirlər ki, yatmazdan əvvəl yemək yemək düşündüyümüz qədər ziyanlı deyil, hətta əksinə xeyirlidir. Fərqi yoxdur yatırsan, ya kompüter arxasında iş görürsən. Hər zaman sənin orqanizmində eyni proseslər cərəyan edir. Yediyin həzm olunur və onun enerji üçün lazım olan hissəsi orqanlar arasında paylanır. Artıq qalan hissə isə dərialtı piy şəklində ehtiyat üçün yığılır.
Dietoloqlar Stefani Makson və Kessi Byork “Time” dərgisində apardıqları tədqiqatın nəticələrini dərc ediblər. Onlar qeyd edir ki, əgər sən gün ərzində çox hərəkət etmisənsə və ya nahar etməyi çatdırmamısansa (ya da ikisi bir yerdə), gecə qida qəbulu sənə rahat yatmağa kömək edəcək. Nəticədə sən səhər daha gümrah qalxacaqsan və bədənin daha tez bərpa olacaq.
Gecələr bədəninin enerji sərfiyyatının aşağı düşməsinə baxmayaraq, o tam yox olmur. Beyin, ürək, ağ ciyərlər və qan-damar sistemi fasiləsiz olaraq işləyir. Amma onlara da enerji lazımdır. Buna görə də, əgər orqanizm gecə enerji çatışmazlığı hiss etsə, səhər əlin qidaya çatdıqda, sən daha çox yeyəcəksən. Həkim Uilyam Sirz hesab edir ki, yuxudan öncə az miqdarda yemək xeyirlidir, çünki hipoqlikemiyadan qoruyur.
Düzdür alimlər kolbasalı buterbrodu pendirli buterbrodla əvəz etməyi tövsiyyə edir. Alma, yoqurt və ya badam olsa daha yaxşı olar!