Çaxır və pivənin ağlagəlməz faydası

Rusiyanın məşhur həkimi pivə və çaxırda damar iltihabına qarşı əks –təsir göstərdiyini açıqlayıb.

Qidalanma1 dəq oxu
Çaxır və pivənin ağlagəlməz faydası

Gent.az xəbər verir ki, kardioloq Aleksandr Myasnikov bu içkilərin damar sisteminə yaxşı təsir etdiyini bildirib.

“Alkoqollu olmasına baxmayaraq, pivə və şərabı qoz, meyvə, tərəvəz, süd məhsulları ilə bir sıraya qoya bilərəm.

Çünki şərab və pivə qəbulu aorta anevrizması riskini azaldır.

Anevrizma iri aorta damarında şişkinlikdir. Bu zaman o damar tıxana, partlaya bilər. Anevrizma damar divarının cırılmasıdır. Nəticədə çox hallarda xəstə ölür.

Anevrizmanın səbəbi az hərəkətlilik, təzyiq, qidalanma, siqaretdir.

Pivə və şərabın tərkibində polifenollar olduğu üçün bağırsaqda faydalı flora yaradır, o da öz növbəsində iltihab əleyhinə, antioksidant təsir edir.

Ona görə də çox doza olmadan, arada pivə və çaxır içmək lazımdır”.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan