Ürək üçün ən zərərli qida məlum oldu

Qidalanma1 dəq oxu
Ürək üçün ən zərərli qida məlum oldu

"Ürək-damar sistemi üçün ən zərərli qidalar "fastfood" və yarıfabrikat məhsullardır".

Gent.az xəbər verir ki, bu sözləri dietoloq-qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində deyib.

O bildirib ki, "fastfood" çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da faydalı deyil.

Ürək üçün ən zərərli qida məlum oldu — şəkil 1

"Bu qidalar kökəlməyə səbəb olmaqla yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans-yağlar var. Trans-yağlar qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır"

Həkim bildirib ki, bu qidalanma insanın ürəyində ciddi xəstəliyə yol açır:

"Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta yol aça bilər"

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan