Vaxtı ilə dünyaca məşhur həkim Parasels gözəl bir ifadə səsləndirib: “Hər şey əhərdir, hər şey dərmandır: hər ikisini miqdar müəyyən edir”. Çox doğru bir fikirdir.
Bunu sizə sübut etmək üçün bir siyahı hazırlamışıq:
1.Darçın
2012-ci ildə ABŞ-da yeniyetmələr arasında “darçın çellenci” dəbdə idi. Çellencdə iştirak etmək üçün su uçmədən bir qaşıq üyüdülmüş darçın yeməli idin. Məlum olub ki, bir çox adam bunu edəndən sonra qaytaranadək öskürür.
Əgər yeniyetmələr üçün bu o qədər təhlükəli görünmürsə, balaca uşaqlar ondan boğula bilərlər. Aşırı həddə darçın olğun insanlar üçün də təhlükəlidir. O, nəfəs yollarını qurudur, dayanmayan öskürək yaradır və hətta pnevmoniyaya gətirib çıxara bilər.
2.Alma
Almanı çox yemək o qədər də təhlükəli deyil. Əsas təhlükə onu bütöv yeməkdədir. Alma dənələrində mövcud olan amiqdalin maddəsi insanın mədəsindəki həzm fermentləri ilə təmas edəndə ölümcül sianid zəhərini yaradır. İnsan üçün ölümçül doza 143 dənədən və ya 18 almadan ibarətdir.
Düzdür bu qədər alma yemək bir az müşküldür, lakin alma pəhrizinə oturmuş insan bilmədən özünə qəsd edə bilər.
3. Acı istiot
Acı istiot yemək üzrə yarışma insana maraqlı gələ bilər. Lakin 1 kiloqram bu istiot sizi pis günə qoya bilər. İlk növbədə bu tərəvəz sizin qida yolunuzu zədələyə bilər. Həmçinin istiotda olan kapsaitsin maddəsi insanın metabolizmini sürətləndirir və termorequlyasiyanı pozur. Sizin mədənizdə yara, toxumalarınızda isə iltihablaşma yarana bilər.
4. Su
“Qəhvəyi çellenclə” amerikalılar su içməklə bağlı yarışları ilə də məşhurdurlar. Uzun zaman çoxlu həcmdə su içməyin xeyirli olduğu hesab edilirdi.
Lakin məlum olub ki, insan bədənində aşırı maye olması natrium disbalansı yaradır və bu da öz növbəsində ciddi problemlərə yol açır.
Bu yarışlarda iştirak edən insanların bir qismi ürəkbulanma, baş ağrıları, baş gicəllənmə ilə həkimə müraciət ediblər, bir neçəsi isə hətta komaya düşüb.
Bir saat ərzində 3-4 litr su içmək çox təhlükəli sayılır. Əgər idmanla məşğul olursunuzsa siz su içməlisiniz. Bu zəruridir. Bəs bu zaman nə etməli? Alimlər içdiyiniz suya rehidrasiya duzları və ya natrium əlavə etməyi məsləhət görürlər.
5. Muskat cəvizi
Balqabaq lattesinə əlavə edilən muskat cəvizi aşırı miqdarda zəhərli ola bilər. Bu ədviyyatda miristisin adlı insektisid var. Onu ağcaqanad kimi həşərətlarla mübarizədə istifadə edirlər.
6. Qənd
Hamımız bilirik ki, qənd və ya şəkər insan orqanizminə mənfi təsir göstərir. Lakin mütəmadi olaraq aşırı miqdarda qənd yemək zəhərlənməyə yol aça bilər.
Amerikalı alimlər ölmək üçün Hellouin bayramında nə qədər konfet yemək lazım olduğunu hesablayıblar. Məlum olub ki, bir dəfəyə 260 konfet və ya 2 kilo qənd səni yerindəcə öldürə bilər.
7.Biyan
Düzdür bizim tərəflərdə buna az rast gəlinir, lakin xəbərdarlıq etməyə borcluyuq. Məsələn, Avropada bu çox populyar qida növüdür.
Məlum olub ki, biyan konfetlərində qlisirizzin turşusu var. Bu maddə naməlum tərzdə bədəndəki kaliumu yox edir və 40 yaşdan yuxarı insanlarda ürəktutmasına yol aça bilər.
Bunun üçün nə qədər biyan yemək lazımdır. İnanmayacaqsınızı, lakin 60 qram biyan sizi xəstəxanalıq edə bilər.