Arıqlamaq istəyənlərin bir çoxu çörəyin faydasız olduğunu düşünüb ondan tamamilə imtina edir. Lakin mütəmadi olaraq çovdar çörəyindən istifadə etmək ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir.
BiG.AZ xəbər veri ki, bu barədə Çörək Sənayesi Tədqiqat İnstitutunun direktoru Marina Kostüçenko "Moskva" Agentliyinə verdiyi müsahibəsində danışıb.
Mütəxəssis çörək yeməyin piylənməyə səbəb olduğu barədə iddianı rədd edib:
"Səhər yeməyində bir dilim qara və ya çovdar çörəyi yeməklə çəkiniz nəinki kiloqram, heç qram da artmayacaq. Onun qida dəyəri yüksək deyil: bir bütöv çorəkdə cəmi 250-500 kilokalori var".
Kostüçenkonun sözlərinə görə, çovdar çörəyinin tərkibində liflər tərəvəz və meyvələrdəkindən çoxdur. Həmçinin, çovdar zülalları amin turşusu tərkibi baxımından daha mükəmməldir:
"Belə məhsulldan davamlı istifadə etmək sağlamlığın qorunmasına, ürək-damar və digər xəstəliklərin qarşısının alınmasına kömək edir".
Qeyd edək ki, daha öncə dietoloq Nuriya Dianova qəhvənin də arıqlamaq üçün gözlənilməz faydalarından bəhs edib. Onun sözlərinə əsasən, insanlar "yağ yandırmaq" istəyirlərsə, idmandan qabaq bir fincan qəhvə içmək onlar üçün faydalı olar. Qəhvə ürək döyüntüsünü artıracaq. Əsas bunu nəzarətdə saxlamaqdır. Çünki yağ yandırma ürək döyüntülərinin müəyyən dərəcəsində daha effektiv olur.