Nüvə müharibəsi zamanı özünüzlə yeraltı bunkerə aşağıdakı ərzaqları götürməyiniz məsləhətlidir.
1.Qurabiyə
Qurabiyəni xarab etmək üçün Kainat əlindən gələni etməlidir: çünki onu saxlama müddətindən bir neçə həftə keçməsinə baxmayaraq yemək olar. Sözsüz ki, yeni olduğu kimi keyfiyyətli olmayacaq, lakin heçnədənsə bu yaxşıdır.
2. Çörək
Çörəyi 3-5 gün yox, 3-5 həftə saxlamaq olar. Lakin bir dənə mühüm şərt var: soyuducuda qalmalıdır. Onu soyuducudan çıxarıb mikrodalğalı sobada qızdıra bilərsiniz.
3. Süd
Paketin üzərində qeyd etdilən tarixi unudun: süddən maraqlı iy gəlmədikcə, və ya o səninlə danışmadıqca, rahat içə bilərsən.
4.Makaron
Ancaq ağılsız adam makaron məmulatlarını saxlama müddəti bitdikdən sonra çölə tullayır. Ağıllı isə bu müddətdən bir il keçdikdən sonra tullamağa başlayır.
5.Konservlər
Konservlərin saxlanılmasında əsas olan onları əzməməkdir. Əzilmiş banka gördünüzsə tullaya bilərsiniz. Lakin əgər konserv bankaları sərin yerdə sakitcə durursa, hətta saxlama müddətindən sonra illər keçsə belə onları yemək olar.
6. Xiyar, pomidor və digər tərəvəz şorabası
Şoraba şüşəsində olan ərzaqlar illərlə saxlanıla bilər. Əsas soyuq yerdə qalsınlar.
7. Yumurta
Soyuducu olan yumurta qismən təhlükəsizdir. Onu saxlama müddəti keçdikdən 3 həftə sonra da yemək olar. Amma diqqətli ol! Əgər yumurtadan pis iy gəlirsə, onu artıq tullamaq lazımdır.
8. Şokolad
Şokolad da gec xarab olan məhsullardandır. Yadınızdadırsa bir dönəm Azərbaycanda kiməsə hədiyyə etdiyiniz şokolad qutusu bir neçə aydan sonra qayıdıb sizə gəlirdi.
9. Pendirin bər növləri
Pendir nə qədər bərk oldusa, o qədər gec xarab olur. Pendirin üzərində kif gördükdə, sadəcə onu bıçaqla kəsin.
10. Dondurulmuş tərəvəzlər
Demək olar ki, əbədidir. Problem ondadır ki, illər keçdikdcə dondurulmuş tərəvəzlərin dadı pisləşir. Lakin onları saxama müddəti bitdikdən on illər sonra belə yemək olar.
11.Yoqurt
Yoqurt qapağını açmadıqda onu saxlama müddətindən sonra bir neçə həftə də saxlamaq olar.