Peşəkar aşpazlar müxtəlif balıq növlərinin hazırlanmasında tez-tez yaradıcılıq göstərsələr də, onların dərisi həmişə yemək üçün uyğun olmur. Bəzi hallarda balıq dərisinin yeyilməsi hətta təhlükəli ola bilər.
Bu barədə Gent.az xarici mdediaya istinadən xəbər verir.
Məşhur restoranlar şəbəkəsinin aşpazı və partnyoru Ed Kottonun sözlərinə görə akula, qılınc balığı, marlin, kral makreli və plotva (kiçik şirin su balığı) kimi balıqların dərisində, xüsusilə də onun zəhərli forması olan metilciva yüksək miqdarda toplanır:
“Bu cür dərilərin tez-tez yeyilməsi orqanizmə zərər vura bilər. Bu səbəbdən, adıçəkilən balıq növlərinin dərisi ilə birlikdə hazırlanmasından çəkinmək tövsiyə olunur. Aşpaz skat (dəri qanadlı balıq) dərisinin yeyilməsindən də çəkindirir, çünki onun üzərində kəskin tikanlar olur və bu, travma riski yaradır.
Bu nə üçün vacibdir?
Metilciva su mühitində kimyəvi qarşılıqlı təsirlər nəticəsində yaranır və qida zəncirində mikroorqanizmlərdən başlayaraq tədricən yuxarıya doğru ötürülür. Kiçik balıqlar onu toplayır, daha sonra isə onları yeyən böyük yırtıcı balıqlarda civə miqdarı daha da artır. Nəticədə, marlin, akula, qılınc balığı və bu kimi digər balıqlar dəniz ekosisteminin zirvəsində olduqları üçün metilciva ilə daha çox çirklənirlər.
Əgər insan uzun müddət ərzində qida vasitəsilə yüksək dozada civə qəbul edərsə, bu, sinir sistemi pozuntularına səbəb ola bilər. Mümkün simptomlar arasında: əl və ayaqlarda titrəmə, baş ağrıları, yaddaşın zəifləməsi qeyd olunur. Bundan əlavə, civa ürək fəaliyyətinə də mənfi təsir edir və hamilə qadınların çirklənmiş balıq yeməsi halında döl və ya körpədə inkişaf pozuntuları yarana bilər.
Amma bütün balıq dərilərini çıxarmaq lazım deyil
Məsələn, losos (qızılbalıq) dərisi həm təhlükəsiz, həm də faydalıdır: tərkibində omega-3 yağ turşuları boldur və düzgün hazırlandıqda xırtıldayan, ləzzətli olur. Əsas məsələ — etibarlı balıq növlərini seçmək və normanı aşmamaqdır.