Viaqranın kişilərə növbəti faydası tapıldı

Cinsi istəyi artıran Viaqra dərmanı ürək xəstələri olan kişilərin sağlamlığına yaxşı təsir edir və təkrar infarktın belə qarşısını ala bilər.

Seks1 dəq oxu
Viaqranın kişilərə növbəti faydası tapıldı

Bu açıqlamanı İsveç alimləri verib.

Gent.az xəbər verir ki, onların viaqra ilə bağlı son elmi araşdırmalarının nəticəsi göstərib ki, viaqra FDE 5 inqibitorlu damar genişləndirici preparat olduğu üçün infarkt keçirmiş kişiləri yeni ürək tutmalarından və ürək çatışmazlığının inkişafından qoruyur, bir növ onların ömrünü uzatmış olur.

Qeyd olunur ki, orta yaş kişilərdə erkən impotensiya gizli ürək-damar patologiyasının ilk əlaməti ola bilər. Belə kişilərə Viaqranın həkim tərəfindən təyin edilməsi dolayısı ilə onlarda ürək –damar sisteminə də müsbət təsir edir.

Kişi nə qədər tez-tez Viaqra qəbul edibsə, ürək-damar əməliyyatına və infarkt riski bir o qədər az olub.

Alimlər bunun səbəbini dərmanda olan FDE 5 inhibitorlarının damarların endotelinə yaxşı təsir edir, nəinki cinsi orqan, bütün bədəndə damarların genişlənməsinə səbəb olur, trombozun qarşısını alır. (medicina)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan