NBA əfsanəsi striptizçilərlə canlı yayıma çıxdıqdan sonra işini itirdi

Seks1 dəq oxu
NBA əfsanəsi striptizçilərlə canlı yayıma çıxdıqdan sonra işini itirdi

ABŞ-ın kabel idman telekanalı “ESPN” basketbolun sabiq ulduzu və TV mütəxəssisi 43-yaşlı Pol Pirsi işdən azad edib.

Pirs yanlışlıqla “İnstaqram” səhifəsində striptizçilərlə birgə canlı yayım açaraq rəqs edib.

Canlı yayımın aparıldığı məkanda yarımçılpaq rəqqasələr kişilərə massaj ediblər.

Onlar kart oynayır, spirtli içki içir və siqaret çəkirdilər. Video qısa sürətdə sosial şəbəkələrdə yayılandan sonra telekanal təhlilçi və mütəxəssislə əməkdaşlığı sonlandırmaq qərarına gəldi.

Xatırladaq ki, 2008-ci ildə P.Pirs “Boston”un heyətində NBA çempionu olub. O, 10 dəfə NBA ulduzları görüşlərində iştirak edib. Pirs “Seltik” klubunun ən yaxşı nətcə göstərən ikinci basketbolçusudur. 2017-ci ildən o, “ESPN”də işləyir, fəal şəkildə basketbolla bağlı bütün verilişlərə cəlb edilirdi.

Pol Pirs evlidir, 3 uşağı var.

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan