Fərqli spirtli içkilər sənin seksual həyatına necə təsir edir

Pivə, çaxır, şampan şərabı, yoxsa viski?

Seks1 dəq oxu
Fərqli spirtli içkilər sənin seksual həyatına necə təsir edir

Pivə, çaxır, şampan şərabı, yoxsa viski?

Demək olar ki, günümüzdə bir çox görüş spirtli içkisiz ötüşmür. Ən xoşagələn görüşün davamı olanı olduğunu nəzərə alsaq (bəli söhbət seksdən gedir) ən populyar spirtli içkilərin sənin seksual bacarıqlarına necə təsir etdikləri barədə məlumatı təqdim edirik.

Pivə

Pivə yüngül spirtli imki kateqoriyasına aiddir. Onun əsas təhlükəsi həddindən artıq içməkdir. İçərkən ağlıiti admadan, dili topuq vuran yuxulu varlığa çevrildiyini sezməyəcəksən. Ona görə də, pivə istəyirsənsə iki bokaldan çox içmə. Məhz bu doza civarında sən görüşdüyün qıza yataqdakı məharətini sərgiləyə bilərsən.

Viski

Viski klassik içki sayılsa da, onu böyük bir sirri var. Söhbət kongenerlərdən gedir. Bu alkohollu içkilərin qeyri-etanol komponentləridir. Onlar içkiyə rəng və dad verir. İçkidə kongener nə qədər çoxdursa, viskinin rəngi o qədər dolğundur. Belə olduğu halda bu içki insanı qısa zamanda köməksiz dəm vəziyyətinə sala bilər. Ona görə də, viskini çalış dostlarınla iç.

Şampan şərabı

Şampan şərabında burnu və dili dişləyən şən qabarcıqların çox olması səbəbindən nadir adam iki bokaldan artıq bu nəcib içkidən içər. Bu isə görüşdüyün qızı hələ də “seks-quru” olduğuna inadırmaq üçün ən ideal alkohol dozasıdır. Həmçinin bir çox şampan növlərində portağal, lavanda, karamel və s. notlar var. Bunlar isə kişi orqanizmi üçün afrodiziak rolunu oynayır.

Çaxır

Görüş üçün ən yaxşı seçimdir. Üstünlüyü qırmızı çaxıra vermək lazımdır. 2009-cu ildə İtaliyada keçirilən tədqiqatlar göstərib ki, qırmızı çaxır içən qadınlar seksə daha meyilli olurlar. Hmçinin qırmızı çaxırda olan ağac, muskat, gilas və s. notlar qadın orqanizmi üçün güclü afrodiziak rolunu oynayır.

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan