Bəs, hamiləlik zamanı cinsi əlaqədə olmağın dölə və ya hamiləliyə zərərləri varmı?
Adətən, qadınları hamiləliklərinin ilk dövrlərində vaxtaşırı cinsi əlaqədə olmağı arzulayırlar. Hamiləlik zamanı gərgin vəziyyətdə olan qadının psixoloji durumunun normal olması üçün bu, vacib amillərdən sayılır.
Gent.az qadınları maraqlandıran bu mövzu ilə bağlı ginekoloq Mehriban Musayevanın açıqlamasını təqdim edir:
Unutmaq olmaz ki, hər bir qadının orqanizmi individualdır.
1. Hamiləlik zamanı cinsi əlaqədə olmaq çanaq dibi əzələləri və uşaqlıq üçün yaxşı gimnastikadır. Buna görə də hamilə qadınların sekslə məşğul olmaları onların doğuşa hazırlaşmalarına komək olur.
2. Dölün düşük təhlükəsi olarsa, həmçinin, USM müayinəsi zamanı ciftin aşağıda yerləşdiyi müəyyən edildikdə cinsi əlaqəyə icazə verilmir.
3. Hamiləliyin son 3 ayında da cinsi yaxınlıq təhlükəli hesab edilir. Əks halda dölün düşməsi, vaxtından əvvəl doğuş, qarında ağrılar, qanlı axıntı, dölətrafı mayenin axması, ciftin qopması, cinsi sistemdə iltihablaşma, zədələnmə kimi problemlər meydana gələ bilər.
4. Hamilə qadınlar mütləq ginekoloqla məsləhətləşməlidirlər. Əgər həkim cinsi əlaqənin hamiləliyə və dölə zərər vuracağını bildirərsə, onda bundan tamamilə imtina etmək məsləhətdir.(medicina.az)