Məlum olub ki, bizim bədənimiz qədim instinktiv maksimal həzz almaq mexanizmini işə salan müəyyən hərəkətlərə reaksiya verir.
Bir çox müasir instinktlər bizə çox qədim əcdadlardan qalıb. Xüsusən də bu düşünülməmiş hərəkətlərə aiddir. Məhz buna görə alim seksoloqlar qədim insanların sekslə necə məşğul olduğunu bilməyə çalışır.
Açığı, mağarada cinsi əlaqənin necə baş verdiyini izləmək hətta elmdən uzaq adam üçün də maraqlıdır. Professor Adam Safron öz tədqiqatına başlayarkən heç bir mağara haqqında düşünmürdü.
O, orqazm zamanı insan beyninin hansı hissələrinin fəallaşdığını tədqiq etmək istəyirdi. Qeyd etmək lazımdır ki, mütəxəssis olduqca maraqlı nəticə əldə edib. Məlum olub ki, beyin həm orqazm zamanı, həm də ritmik musiqi altında rəqs zamanı özünü eyni cür aparır.
Bunların arasında əlaqəni müəyyənləşdirmək üçün alim antropoloqlara müraciə edib. Onlar təsdiq ediblər ki, ibtidai insanlarda qaval daşı və sair ritmik musiqi alətlərinin fonunda ritmik rəqs etmək seksdən öncə mühüm ayin olub.
Bu zaman qadınlar və kişilər bir-birini gözdən keçirərək hansılarının daha ritmik hərəkət etdiyini müəyyən edirdilər. Ritmi ən çox saxlayana ən yüksək dəyər verilirdi. Rəqs isə avtomatik olaraq seksə keçirdi.
Professor Safron müəyyən edib ki, kişi seks zamanı düz ritmə riayət edirsə qadın orqazma bənzər ehtiraslı transa girir. Bir sözlə, məlum olub ki, qadınlar yaxşı rəqs edən kişiləri yaxşı seks partnyoru kimi qiymətləndirirmişlər.