Sevdiyin qıza tez-tez sataşmaqdan çəkinmə, kanadalı alimlər bunu sənə müstəhəb buyururlar.
Belə bir stereotip yaranıb ki, kişi daha çox seks istəyir, lakin qadın isə müxtəlif bəhanələr quraraq bundan qaçmağa çalışır. Qərbi Ontario və Torontonun Mississoqa Universitetinin (Kanada) alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu fikir olduqca yanlışdır.
Araşdırmada 6 il ərzində bir yerdə yaşayan 229 cütlük iştirak edib. Onlar 18-68 yaş arasında idilər. İştirakçılarda onların seksual həyatı barədə təfərrüatlı suallar veriblər.
Məlum olub ki, cütlüklər ortalama olaraq həftədə bir-iki dəfə cinsi əlaqədə olurlar. Bundan sonra isə maraqlı hissə başlayır.
Alimlər müəyyən ediblər ki, qadınlar ən azı kişilər qədər sekslə məşğul olmaq istəsələr də, burada əsas təşəbbüskar kişilər olur.
Bəs qadınların özləri niyə bu təşəbbüslə çıxış etmirlər?
Mütəxəssislərin fikrincə buna səbəb bir çox toplumda formalaşan, kişini yanıq heyvan, qadını isə soyuq heykəl kimi qələmə verən stereotipdir.
Bundan əlavə, qadınlar kişilərdən daha çox rədd cavabından qorxurlar. Məhz buna görə sekslə məşğul olmaq istəsələr də səslərini çıxartmırlar. Çünki kişidən rədd cavabı almaq münasibətlər də hökmün bir hissəsini ona verməkdir. Bu isə sərf etmir.
Nəticədə, münasibətlərdə qadınlar daha zəif mövqeyə sahib olurlar. Buna görə də sevdiyin qadına mütəmadi olaraq sekslə məşğul olmağı təklif et, çünki özü bunu edə bilmir.