Qoruyucu istifadə etməyin 9 ən təhlükəli səhvi

Seks2 dəq oxu
Qoruyucu istifadə etməyin 9 ən təhlükəli səhvi

1.Gec taxmaq

Araşdırmalara əsasən, sorğuda iştirak edənlərin 17-51,1% qadınla münasibətin ən qızğın vaxtında qoruyucu taxmağı yadına salır. Bu hamiləlikdən qoruya bilər, infeksiyalardan isə yox.

2. Taxmaqdan öncə qoruyucunu sonadək açmaq

Bəzi insanlar qoruyucunu tam açaraq, sonra onu corab kimi geyməyi xoşlayır.

3. Qoruyucunun içində hava saxlamaq

Hamı bilir ki, qoruyucunu taxarkən onun ucunu sıxmaq lazımdır ki, içəridə hava qalmasın. Təəsüf ki, bir çox kişi bunu etmir.

4. Gec çıxartmaq

Kişilərin 31% etiraf edib ki, eyakulyasiyadan sonra qadının içindən çıxmağa tələsmirlər. Beləliklə onlar qoruyucunun hermetikliyini pozurlar. Çünki penis getdikcə balacalaşır, qoruyucu isə yox. Buna görə də gecimkək məsləhət görülmür.

5. İti alətlərlə açmaq

Bəzi “ağıllılar” qoruyucuların paketlərini manikür qayçısı kimi iti alətlərlə açmağa çalışır. Onlar başa düşmür ki, əgər bu alət daha sərt olan paketi açırsa, daha nazik olan qoruyucunu yararsız hala gətirə bilər.

6. İstifadədən əvvəl yoxlamamaq

İstifadədən öncə qoruyucunun istifadə tarixinin keçib-keçmədiyini, paketin bağlı olmasını və hansısa zədənin olmamasını yoxlayın.

7. Düzgün saxlamamaq

Qoruyucunu gün altında və ya pul qabında saxlamaq olmaz. Çünki hər iki mühit lateksə mənfi təsir edir.

8. Tərsinə taxmaq

Bir çox kişi etiraf edir ki, qoruyucunu tərs taxdığını gördükdə onu çıxardıb düz taxmağa çalışırlar. Amma onlar düşünmür ki, bu zaman qoruyucunun üzərində spermatazoidlərlə dolu predeyakulyat qala bilər.

9. Yenidən istifadə etmək

Təəcüblü səslənsə də bəzi kişilər eyni qoruyucunu təkrarən istifadə edir...

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan