Araşdırma: Kişilərin əksəriyyəti ilk görüşdə seksdən imtina edərdi

“LoveHoney” şirkəti tərəfindən aparılan araşdırmada 2 min britaniyalı kişi və qadın iştirak edib.
Maraqlıdır ki, araşdırmanın nəticələri gözləniləndən fərqli olub.
Məsələ orasındadır ki:
Kişilərin 75% etiraf edib ki ilk görüşdə seksdən imtina edərdilər. Elə təəsürat yaranır ki, onların hamısının dəlicəsinə sevdiyi qadını var.
Kişilərin 25% ilk görüşdən sonra qadını öpməyə belə cürət etməzdilər.
Kişilərin 25% (ola bilsin ki, bu qadını öpə bilməyənlərdir) qeyd ediblər ki, artıq tanışlığın ilk ayında öz hisslərini etiraf etməyə hazır olardılar. Müqayisə üçün qeyd edək ki, qadınlarda bu göstərici 16% bərabərdir.
Bundan əlavə kişilər daha tez sevdiyi qadını valideynləri ilə tanış etməyə hazırdılar.







