Erotik yuxu sifariş etmisiniz?

Möhtəşəm ssenarili və cəlbedici qızların baş rol aldığı erotik yuxular görürsünüzmü?...
Bir çoxları bilmir, lakin belə yuxuları, hətta detalları seçərək, sifariş etmək mümkündür. Əgər bu mövzu sizi maraqlandırdısa, buyurun oxuyun.
Psixoloqların son araşdırmalarına əsasən, erotik yuxuları hamı görür. Sizin istəyinizdən asılı olmayaraq yuxunuzun müəyyən fazalarına sizdə cinsi oyanma əlamətləri müşahidə olunur. Bu gecə ərzində bir neçə dəfə - 1,5 saatdan bir baş verir. Həmçinin müəyyən olub ki, erotik yuxular gecənin bitməsinə yaxın yaranır.
Amma bu zaman məhz seks görmürsünüz.
Alimlər öyrənməyə çalışıblar ki, niyə gecələri bədənimiz ehtirasla dolur? Məlum olub ki, bizim erotik yuxularımız sağlam olmağımızın göstəricisidir. Bu cür yuxular, beynimizdə baş verən ildırım rolunu oynayır. O, stressi və gərginliyi aradan qaldırdığı kimi, gün ərzində bədəndə yığılan toksinlərin çıxmasına yol açır.
Erotik yuxuların məzmunu bizim real meyillərimiz və seksuallığımızla əlaqəsi yoxdur. Əgər siz seksual partnyor barəsində fantaziya qurursuzsa, onu yuxuda görmək şansınız yaranır. Lakin adətən yuxuda təsəvvür etmədiyimiz ssenarilər baş verir. Bəzən real həyatda xoşlamadımız insanla yuxuda sekslə məşğul oluruq.
Bunlar hamısı sizin şüurunuzun şıltaqlıqlarıdır. Günümüzdə isə insanın özü üçün yuxu sifariş edə biləcəyi psixologiya istiqaməti populyarlıq qazanır. Əvvələr bunu tibet lamaları, hindu şamanları və s. edirdilər. İndi isə bunlar dünyanın bir sıra laboratoriyasında sınaqdan keçirilir. Lakin yuxularınızı idarə etmək üçün çoxlu zaman və məşq tələb olunacaq.
Bunun üçün ilk növbədə doğru fizioloji şərait yaradın:
Nahar zamanı çay və kofedən imtina edin, şam yeməyi isə yüngül olsun. Daha çox su için, spirtli içkilərdən imtina edin. Yuxudan öncə fiziki və əqli məşq etməyin.
İndi isə növbəti – emosional mərhələ:
Yataqda rahat şəkildə uzanın (belinizin üstündə uzanaraq, başınızı aşağı vəziyyətdə saxlayın), tam sakitlik təmin edin. Sinra isə yuxuda görmək istədiyiniz insanı təsəvvür edin. Ən yaxşı halda 10 dəqiqə erzində yuxunun süjetini formalaşdırın. Sonra isə yuxuya gedin.






