Molyuskların bir növü olan midiyalar dadlı olduğu qədər, xeyirli imiş.
Bu dəniz canlıları kişilərin seks həyatına müsbət təsir göstərir. Bütün sirr onların tərkibindədir – midiyalar əsl mikroelement və vitamin xəzinəsidir.
Midiyalar dəniz sahilində yaşayan insanların sevimli yeməklərindən biridir. Hətta ən baha restoranların menyusunda onlara rast gəlmək olar.
Lakin qeyd etmək lazımdır ki, insan orqanizmi üçün müəyyən molyusklar xeyirdir. Məsələn, çay midiyaları insan üçün olduqca təhlükəlidir.
Midiyanın zəngin tərkibi
Fosfor və selen
Yod birləşmələri
Manqan
Folid turşusu
Sink və dəmir
B qrupu vitaminləri
Sonuncular əzələ və sinir sistemlərinin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Sink sahəsində isə kişi bədənində testosteron ifrazı güclənir, bu isə cinsi sistemə müsbət təsir edir.
Folid turşusu hüceyrələr arasında mübadiləyə cavabdehdir. O, hüceyrələri qidalandırır və genetik xüsusiyyətlərə olduqca müsbət təsir edir.
Əgər uşağa qalmaqdan öncə kişinin bədənində folid turşusunun miqdarı çox olduqda bu gələcəkdə genetik baxımdan fəsadlı uşağın doğulma riskini xeyli azaldır.
Yod isə demək olar ki bütün dəniz canlılarının tərkibində var. Molyuskda dəniz kələmində olduğu qədər yod var. Fosfor və selen isə immun sistemini normada saxlayır və yaddaşı gücləndirir.
Midiyalar və seksual həyat
Hər bir kişi üçün onun cinsi sağlamlığı çox mühüm rol oynayır. Adi balaca problem yarandıqda belə panikaya səbəb olur. Bu baxımdan midiyaların rolu çox vacibdir.
Onlar xeyirlidir:
Kişilərin seksual fəallığını gücləndirməkdə
Spermanın keyfiyyətinin yaxşılaşdırılmasında
Qasıq damarına qan axının normallaşmasında
Kişilərin erektil qabiliyyətində
Midiyalar bəzi xəstəliklərə qarşı da mübarizə apara bilir
Kişi orqanizminin sağlam olması üçün rasiona midiya əlavə etmək lazımdır. Mütəxəssislər bu xəstəliklərdə molyuks yeməyi məsləhət görür:
Piylənmə
1-ci dərəcəli zob
Hipertoniya
Prostat vəzinin patalogiyaları və ya iltihablaşması
Mədə-bağırsaq sistemi pozuntusu
Ürək-damar sisteminin xəstəlikləri
Hormonal problemlər
Seksual pozuntular.