İlk cinsi əlaqədən sonra hansı xəstəlik yaranır?

Xüsusilə ilk cinsi əlaqədən sonrakı günlərdə müəyyən mikrobların səbəb olduğu sidik yolu infeksiyası "Bal ayı" sistiti adlandırılır.

Seks1 dəq oxu
İlk cinsi əlaqədən sonra hansı xəstəlik yaranır?

E.Coli (Escherichia coli) adlandırılan bağırsaq çöpləri xəstəliyin başlıca səbəbi hesab olunur.

Gent.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində paylaşım edərək xəstəliyin əsas əlamətlərini və qarşısını almaq üçün görülməli olan profilaktik tədbirləri sadalayıb:

Əsas əlamətlər:

1. Sidik ifrazının tezləşməsi
2. Sidik ifrazının ağrılı və yandırıcı olması
3. Bədən hərarətinin yüksəlməsi
4. Sidiyin bulanıq və pis qoxulu olması
5. Tərləmə
6. Yorğunluq
7. Qarının aşağı hissəsində və qasıqda ağrı
8. Cinsi əlaqə zamanı ağrı və diskomfortun olması

İlk cinsi əlaqədən sonra hansı xəstəlik yaranır? — şəkil 1

Qeyd: Sidiyin ümumi analizi və əkilməsi vacib müayinələrdir.

Bal ayı sistitinə qarşı yeni evlilər hansı tədbirlər görməlidirlər?

1. Cinsi əlaqə öncəsi və sonrası sidiyə çıxmaq məsləhətdir.
2. Cinsi əlaqədən sonra öndən arxaya doğru yuyunmaq vacibdir. Bu vasitə ilə qadın yollarındakı mikrobların sidik yollarına düşməsi önlənir.
3. Sidik ifrazını yubatmaq məsləhət deyil.
4. Bol maye qəbul olunmalıdır ( 8-10 stəkan).
5. Genital nahiyələr uzun müddət nəm qalmamalıdır.
6. İnfeksiyaya səbəb ola biləcək gigiyenik vasitələrdən imtina olunmalıdır.

Qeyd: Qoruma tədbirləri ilə yanaşı şikayətlər davam etdiyi halda nefroloq və/və ya uroloq həkimə müraciət etməyiniz məsləhətdir.(Big.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan