Çox isti hava və geyim kişi potensiyasının düşmənidir
Geyim və alt paltarının temperaturunun az da olsa qalxması spermatozoidlərə mənfi təsir edir.

Kişilərdə cinsi hormonlar toxum kisəsində yerləşdiyi üçün onun normal sintezinə sərin və soyuq hava tələb olunur.
Gent.az xəbər verir ki, isti spermin düşmənidir.
Hətta havanın 5 dərəcə istiləşməsi və geyimin temperaturunun 3-4 dərəcə yüksəlməsi spermin hasilini pozur.
Yapon bioloqları siçanlar üzərində apardıqları təcrübədə temperaturun 30-40 dərəcə qalxmasının onlarda təsirini araşdırıb.
34 dərəcə temperatur normal spermatozoidlərin əmələ gəlməsi üçün optimal hərarətdir.
Lakin bədənin, toxum kisəsinin 38 dərəcəyə qədər qızması zamanı hüceyrələrin bölünməsi prosesi pozulur.
Yüksək temperaturdan xromosom pozulmaları müşahidə olunur, onlar ölür, hamiləlik baş tutmur.
“Biz gözləməzdik ki, tibbə məlum fenomenin arxasında temperatur şərtləri bu qədər kaskad rolunu oynayır”, - deyə Şosey Yoşida bildirib.(bakupost.az)







