Meymunçiçəyi cinsi yolla insandan insana keçirmi?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar komitəsi meymunçiçəyi xəstəliyinin risk səviyyəsini müəyyən etmək üçün ilk iclasını keçirib.

Seks1 dəq oxu
Meymunçiçəyi cinsi yolla insandan insana keçirmi?

Təşkilatın yaxın günlərdə virusla bağlı məlumat verəcəyi bildirilib.

Gent.az xəbər verir ki, iyunun 9-dək ABŞ-ın 15 ştatında aşkar edilmiş 45 hadisəni araşdıran Amerika Tibb Assosiasiyasının araşdırmasının nəticələri də JAMA jurnalında dərc olunub.

Nəticələrə görə, meymunçiçəyi virusu cinsi yolla ötürülüb. Nigeriyada qeydə alınan yüzlərlə meymunçiçəyi yoluxması araşdırılıb və bununla bağlı açıqlanan hesabatda xəstəliyin kişilərin cinsiyyət orqanlarında yaralar şəklində meydana çıxdığının aşkar edildiyi qeyd edilib.

Virusun cinsi əlaqə yolu ilə insandan insana keçə biləcəyinə diqqət çəkən araşdırmada xəstəliyə nəzarət edilməsi üçün xaricdən görünən yaraların yoxlanmasından əlavə, eyni zamanda cinsiyyət orqanlarının və cinsi sağlamlıq müayinələrinin də əhəmiyyəti vurğulanıb.(oxu.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan