"Pornoqrafik materiallara baxmaq xəyanət sayını artırır" - Psixoloq

"Bu gün çox insan pornoqrafiyaya baxır. Burada da əsas məqsəd masturbasiya (əl ilə cinsi boşalma) edir. Bununla da müəyyən qədər sakitlik tapır. Mən masturbasiyanın zərərli olduğunu deməzdim. Çünki, o bəzi məqamlarda lazımdır".

Seks1 dəq oxu
"Pornoqrafik materiallara baxmaq xəyanət sayını artırır" - Psixoloq

Bu sözləri psixoloq Gülnar Orucova deyib.

Gent.az xəbər verir ki, o, "əllə boşalma"nın xeyirlərindən də danışıb: "Masturbasiya etmək çox vaxt insanın pisə istiqamətlənən məqsdələrinin qarşısını alır, öz hisslərinə sahib olmağı müəyyən qədər öyrənir. Bu baxımdan "əllə boşalma" lazımlıdır. Amma pornoqrafik materiallara baxıb masturbasiyaya etməmək cinsi təcavüzlə nəticələnir".

Psixoloq deyib ki, pornoqrafik materiallara baxmaq xəyanət sayını artırır:

"Pornoqrafiyaya müxtəlif yaş qrupundan olan insanlar baxır. Burada yaş qrupu çox önəmlidir. Bundan başqa insan ailə vəziyyətindən asılı olmayaraq da bu cür porno materiallara baxa bilər. Məsələn, ailəli insanların pornoqrafiyaya baxması onların real cinsi həyatında olmayan nələrisə istəməyə, axtarmağa başlamasıyla əlaqəlidir. Bu da var ki, pornoqrafiya çox yayıldıqdan sonra xəyanətin sayı artıb. Çünki insanlar milli-mental dəyərləri əsas tutaraq öz həyat yoldaşları ilə istədikləri cinsi nünasları yaşaya bilmədiklərinə görə bir "ov" a çıxırlar. Bu "ov" da "sevgili" adlanır. Buna görə də pornoqrafiyaya baxmaq xəyanətə gətirib çıxarır. Erkən yaşda isə pornoqrafiyaya baxmaq ehtiras hisslərini idarə bilməməyindən dolayı cinsi təcavüzə meyl edir. Yaxud da bunun nəticəsində insanın xəyalında obrazlar formalaşır, və insan bu obrazları da reallıqda axtarmağa başlayır".(yenilik.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan