Köklük cinsi həvəsin azalmasına gətirib çıxarır

Bu əlaqə insanların həyatına həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir edir.

Seks1 dəq oxu
Köklük cinsi həvəsin azalmasına gətirib çıxarır

Mütəxəssislər insanlar arasında bir çox xəstəliklərin artmasını bu səbəblərdən dolayı olduğunu söyləyirlər.

Yəni intim həyatı normal keçməyənlər xəstəliklərə qarşı daha həssas olurlar.

Gent.az xəbər verir ki, cinsi həvəsin azalmasının bir çox səbəbləri var. Bəs bu səbəblərə köklük də daxildirmi?

Kök insan dedikdə orqanizminin bütün hüceyrələrində piy toxuması yığılıb qalan insan nəzərdə tutulur. İnsan orqanizmi öz həyatını yaşamaq üçün ona lazım olan enerjini xarici qidalar vasitəsilə alır. Daxil olan enerjinin yetərincə parçalanmaması isə artıq piylərin əmələ gəlməsinə və depolanmasına səbəb olur.

Buna həddindən çox yemək, bəzi dərman vasitələri, hormonal dəyişikliklər, doğuşların sayı, yaş, siqaret, azhərəkətlilik səbəb ola bilər. Köklük orqnizmdə şəkərli diabetə, yuxuda boğulmalara, xoruldamaya və bir çox digər xəstəliklərə səbəb ola bilir. Köklüyün səbəb olduğu xəstəliklərin siyahısında normal olmayan cinsi həyat tərzi də durur.

Köklük insanların cinsi həyatında aşağıdakılara səbəb ola bilir:

* cinsi həyata mənfi təsir edir
* cinsi performansın keyfiyyətini aşağı salır
* insanın psixologiyasına təsir edərək cinsi həvəsini azaldır
* cinsi akta meyilliliyi azaldar, intim duyğuları söndürər
* köklük səbəbindən insan özündən utanar və cinsi aktdan qaçar.

Mütəxəssislər köklüyü səbəbindən cinsi əlaqədən qaçan adamlara mütləq həkimə müraciət etməyi məsləhət bilir.

Hesablamalar orta yaşlarında, artıq çəkidən əziyyət çəkənlərin arıqladıqları zaman cinsi həvəslərinin 2 dəfə artdığını göstərir.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan