Tibb mütəxssislərinin fikrincə, cinsi həyatla bağlı problemlər çox vaxt orqanizmdə hər şeyin yaxşı olmadığını göstərir.
Gent.az xəbər verir ki, beləliklə, cinsi münasibətin olması və ya olmaması insanın fiziki sağlamlığını qiymətləndirmək üçün diaqnostik amillər siyahısına daxil edilə bilər.
Rusiyalı seksoloq Yevgeni Kulqavçukun sözlərinə görə, cinsi əlaqə zamanı beyin oksigenlə doyur və daha intensiv işləməyə başlayır, yaddaş yaxşılaşır. Seks stresə qarşı ən yaxşı vasitədir, zehni rahatlamağa və lazımsız narahatlıqlardan qurtulmağa kömək edir.
“Sekslə məşğul olmaq 30 dəqiqəlik fiziki iş və məşqə bərabərdir. Karbohidrat mübadiləsi aktivləşir, steroid hormonları qana buraxılır, kalorilər yandırılır, əzələlər forma alır, onurğa sütunu güclənir.
Qadının müntəzəm cinsi həyatı mastopatiya və miomaların qarşısının alınmasında rol oynayır. Həmçinin müntəzəm cinsi əlaqə çanaq orqanlarına qan tədarükünü yaxşılaşdırır ki, bu da bir çox xəstəliklərin riskini azaldır.
Seks miokard infarktının da qarşısını ala bilir.
Orqazm zamanı bədən endorfin, serotonin və oksitosin ifraz edir. Endorfin "xoşbəxtlik hormonu" adlanır. Nə qədər çox orqazm olsa, bir o qədər xoşbəxtlik hissi olur. Bu hormon psixo-emosional sağlamlığın güclənməsinə kömək edir. Oksitosin isə ağrıları aradan qaldırır, buna görə də seks baş ağrısı üçün ən yaxşı vasitədir.
Ümumiyyətlə, müntəzəm cinsi əlaqə ömrü təxminən 5 il uzadır.(medicina.az)