Doğuşdan sonra intim əlaqə niyə azalır?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər.

Seks1 dəq oxu
Doğuşdan sonra intim əlaqə niyə azalır?

Çikaqo Universitetinin tədqiqatçılarının fikrincə, çox qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür.

Gent.az xəbər verir ki, tədqiqatın müəllifləri çanaq ağrılarının bu dəyişikliklərə necə təsir etdiyini müəyyən etməyə çalışıblar.

Mütəxəssis Sandi Tenfeldin sözlərinə görə, bir çox qadın doğuşdan sonra fiziki dəyişikliklər yaşayır. Bu, əhəmiyyətli əlilliyə və cinsi funksiyanın pozulmasına səbəb ola bilər.

Hamiləlik zamanı və doğuşdan sonra qadının orqanizmi dəyişdiyi kimi, cinsi funksiyası da dəyişə bilər. Uşaq doğulduqdan sonra cinsi sağlamlığın hamiləlikdən əvvəl olduğu səviyyəyə bərpası tədricən davam edir.

Doğuşdan sonrakı cinsi sağlamlığa təsir edə biləcək amillərə ümumi bədən sağlamlığı və doğuş zamanı zədədən sonra yaranan ağrı daxildir. Doğuşdan sonrakı çanaq ağrısı ilə cinsi funksiya arasında əlaqə var.

Doğuşdan sonra hormonlarda yaşanan dalğalanmalar, ana olmağın verdiyi məsuliyyət və narahatlıqdan qaynaqlanan depressiya xroniki yorğunluğa səbəb olur. Cinsəllik ikinci plana keçir. Bunlar müalicəsi mümkün olan psixoloji narahatlıqdır.

Cinsi istəksizliyə səbəb olan digər hal da cinsi yaxınlıq zamanı ağrıya səbəb olan vaginal quruluqdur. Əmizdirmə zamanı prolaktin hormonun artması, esterogenin azalması vaginal quruluğu artırır.

Doğuşdan sonrakı dövr qadının daha çox sevgi və diqqətə ehtiyac duyduğu müddətdir. Bu dövrdə kişilərin xanımlarına qarşı daha anlayışlı, diqqətli olması, şəfqətli davranması, sevgilərini göstərməsi mənfi halları tez aradan qaldıra bilər.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan