Erkən boşalma cinsi əlaqə başlamazdan əvvəl və ya onun başlanmasından qısa müddət sonra (iki dəqiqəyə qədər) baş verir.
Kişilərdə erkən boşalmanın rast gəlmə tezliyi yaşdan asılıdır.
Gent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, 18-29 yaşda hər üçüncü şəxs, 50 yaşında olanlar arasında isə hər ikinci insan problem yaşayır.
Erkən boşalma ən azı altı ay davam etdiyi hallarda patologiyadan danışırlar.
Normalda cinsi əlaqə zamanı kişilərdə əvvəlcə ereksiya, daha sonra boşalma və orqazm olur. Bu proseslər həmişə bir-birinin ardınca baş vermir. Məsələn, orqazm boşalma ilə müşayiət olunmaya bilər.
Boşalma iki mərhələdən ibarətdir: birincisi, sperma sidik kanalına daxil olur, sonra isə çanaq əzələlərinin aktiv daralması nəticəsində sidik kanalından atılır. Bu proses onurğa beynindəki xüsusi mərkəz tərəfindən idarə olunur, ona görə də iradə gücü ilə boşalmaya təsir etmək mümkün deyil.
Eyakulyasiya cinsi stimullaşdırma və tədricən artan oyanma nəticəsində yaranır, lakin bəzi hallarda hətta minimal stimullar da onu təhrik edir.
Başvermə səbəbləri arasında: genitouriya sisteminin xroniki xəstəlikləri, hipertiroidizm - tiroid vəzin artan funksiyası, psixoloji problemlər: stress, narahatlıq, həddindən artıq iş, həmçinin beta-blokerlər, təzyiq dərmanları kimi müəyyən dərmanların qəbulu.
Erkən boşalma həyat keyfiyyətinə ciddi təsir edir. Əsasən, nəticələr psixoloji sağlamlığa aiddir - özünə inamsızlıq, depressiya inkişaf edir, narahatlıq artır. Bundan əlavə, libido ilə bağlı problemlər və ya münasibətlərdə çətinliklər ola bilər.(medicina.az)