Oral yolla keçən infeksiyalar

Cinsi həyatı rəngarəng etmək üçün bəzən oral seksdən istifadə olunur.

Seks1 dəq oxu
Oral yolla keçən infeksiyalar

Belə cinsi əlaqə nəticəsində xəstəlik təmas sahəsini əhatə edən toxumalara təsir göstərə bilər.

Gent.az xəbər verir ki, bəzi infeksiyalar ağız boşluğuna digərlərindən daha tez-tez təsir göstərir.

Ağız boşluğuna təsir edən, cinsi yolla keçən xəstəliklər herpes, xlamidiya, gonoreya və sifilisdir. Ancaq unutmayın ki, siz həmçinin hepatit A, B və C kimi xəstəliklərə, eləcə də bəzi mədə-bağırsaq infeksiyalarına tutula bilərsiniz.

Bu hallarda ağız yaralarının əmələ gəlməsinə yoluxmuş partnyorun cinsi orqanlarından çıxan bədən mayeləri səbəb olur.

Belə mayelərin bədənə daxil olmasından sonra yerli infeksiya inkişaf edir.

Simptomlar:

• Ağrısız ağız yaraları
• Dodaqlarda herpes və ya soyuqdəymə kimi zədələnmə;

• Boğazın qızartı və ağrıları, udma çətinliyi;
• Tonzillit;

• Boğaz ağrısı əlamətlərinə bənzəyən ağ ləkələrlə qızartı;
• Ağımtıl və ya sarı axıntı.

Belə hallarda partyorun sağlamlığı haqqında məlumatlı olmaq mütləqdir. Əgər qeyd olunan simptomlar aşkar olunarsa, həkimə müraciət etmək mütləqdir.(medicina.az)

Oxşar məqalələr

Hamısı

Cinsi həyatda qızıl qaydalar

Sağlam və məmnunedici cinsi həyat üçün bir sıra vacib məqamlar var. Gent.az xəbər verir ki, bu 12 qızıl qayda siyahı…

Seks

Ən çox oxunan