Bu həm də psixologiya, münasibət və sağlamlıqdır.
Bəzən filmlərdə qadın kişi münasibəti daha romantik, ehtiraslı göstərilir, sanki hər ikisi eyni anda pikə çatır. Reallıqdan isə həm kişi, həm qadınlar məyusluqla üzləşə bilər.
Gent.az xəbər verir ki, Florida universitetinin seksologiya üzrə mütəxəssisi Lori Mintz heteroseksual cinsi cütlüklərdə qadınların orqazma çox az hallarda çatdığını bildirib.
Bu fenomenin tibbi adı da var: orqazmik bərabərsizlik.
Belə ki, elmi araşdırmada 52 min insan iştirak edib, məlum olub ki, hər cinsi aktda 90% kişilər orqazma çatsa da, qadınlarda bu 60% olub.
Birincisi, qadının orqazma çatması üçün partnyorla emosional doğmalığı, uyğunluğu olmalıdır. Etibar etdiyi insanlar cinsi münasibət daha uğurlu olur.
Təsadüfi və uyğunsuz partnyorla əlaqə zamanı yalnız 10% qadın stabil orqazma çatdığını bildirib.
Ona görə də qadının orqazma çatdığı hal masturbasiyadır, bu zaman 90% qadın orqazma çatır.
Bunun səbəbi isə qadın cinsiyyət üzvlərinin quruluşu, hormonlar və s.-dir. Cinsi aktın özü qadına az halda pik həzz verir, yalnız xarici cinsiyyət üzvünün stimulyasiyası olarsa, orqazm alına bilər. Bunu isə bir çox insanlar nəzərə almır, üstəlik, müxtəlif mentalitet, dini və s. amillər cinsi aktı monoton vəziyyətə çevirib.(medicina.az)