Son zamanlar libido termini ilə tez-tez rastlaşırıq. Amma insanların çoxu bu terminin mənasını bilmir.
Libido cinsi istək deməkdir. Cinsi istəyin azalmasına, əsasən, mental psixoloji problemlər səbəb olur. Buna, cinsi hormonlar və neyrotransmitterlər kimi bioloji amillər, şəxsiyyət və stress kimi psixoloji amillər və iş, ailə həyatı təsir edir.
Cinsi istəyin olmaması və ya libidonun itməsi, münasibətlərə mənfi təsir göstərə bilər. Partnyorun cinsi istəklərindəki dəyişiklikləri davam edərsə və həll olunmazsa, əlaqədə problemlər yarada bilər. Lakin müəyyən müddət ərzində cinsi fəaliyyətə həvəsi olmayan bir şəxs hipoaktiv cinsi istək pozğunluğu yaşayır və ya aseksual ola bilər.
Cinsi istəyi çox olan bir şəxs hiperseksuallıq yaşayır.