Hamının bir-biri ilə ayrıldığı dünyada uzun müddəti ərzində münasibətləri qoruyub saxlamaq məharətə bərabərdir.
Lakin bu sizin aruzladığınız münasibətlər deyil? Uzun illər boyunca bir insanla həyatı bölüşmək əladır. Yanınızda səni hamıdan yaxşı tanıyan bir insan var və o, səni çatışmazlıqlarınla birlikdə qəbul edir.
Buna baxmayaraq, bir-birinizə o qədər öyrəşmisiniz ki, sevdiyin insana qarşı artıq “elektrik” yox olub. Heç bircə qığılcım belə yoxdur.
Sözsüz ki, sən onu hələ də sevirsən, lakin aranızdakı ehtiras artıq əriuib gedib. Bu anlaşılandı, çünki həyat boyu insanların tələbatları və istəkləri dəyişə bilir. Buna görə də arada anlaşılmazlıq yaranır.
Bu ayrılmaq üçün qətiyyən səbəb ola bilməz. Qorxu olmadığı yerdə münsaibətlərdə yaranan hər bir problem həllini tapa bilər.
Sizə, münsaibətlərinizə yeni nəfəs gətirə biləcək bir neçə məsləhət təqdim edirik:
Problemləri müzakirə etməkdən çəkinməyin
Heç kim uğursuzluqlarını etiraf etməyi xoşlamır. Bu sahədə mütəxəssis olan Berford iddia edir ki, münasibətlərdə ehtirasın sönməsi barədə müzakirə həyat yoldaşınızın xətrinə dəyə bilər. Bu istiqamətdə həkim baş vermiş hadisəni misal qismində gətirir:
“Martin artıq 5 ildir ailə həyatı yaşayır və hər il keçdikcə seks məsələsi onu daha da narahat edir. O deyir:
“Bunu müzakirə etdikdə gərgin olmamaq üçün istirahət günləri bağ evinə getməyi qərara aldıq. Orada mən həyat yoldaşıma münasibətlərimizdə seksin çatışmazalığı onu narahat edib etmədiyi barədə sual verdim. O. Etiraf etdi ki, həqiqətən bundan narahatdır. Bu problemin həll edilməsi istiqamətində ilk addımımız idi. Lakin ikimiz də bunu bilirdik və daha rahat idik”.
Əminliyinizi qoruyun
İşlərimiz tərs getdikdə əlimiz üzülür. Lakin yaddan çıxarmayın ki, hər problemin həll edilməsi üçün güc lazımdır. Üzülməyin, dərdinizi içinizə salmayın, və ən əsası, problemləri yaddan çıxarmaq üçün pis vərdişlərə qurşanmayın. Ən yaxşısı streslə idman zalında mübarizə aparmaqdır.
Mühiti dəyişdirin
Bir insanla uzun müddət birgə yaşadıqda biz o qədər rahatlığa və etibara öyrşirik ki, təəsürat yaranır ki, birlikdə yaşamağın əsasını bu amillər təşkil edir. Lakin münasibətlərdə bir çox başqa amil də var.
Martindən daha bir misal: “Yoldaşımla mən sanki gənc olduğumuzu yaddan çıxarmışdıq: bir yerə çıxmırdıq, başqalarının gözündə hələ də cəlbedici olduğunu anlamırdıq”...
Buna görə də, ömrünüzü evdə keçirməyin, bayıra çıxın, gəzin. İnsanlar içində siz sevdiyiniz insanı başqa, öyrəşmədiyiniz prizmdada görürsünüz. Ola bilsin ki, bu cür siz onda və ya sizdə çatışmayan şeyi görə bilərsiniz.
Dəyişikliklərdən qorxmayın
Ola bilsin ki, artıq darıxdırıcı seksdən ehtiraslı gecələrə qayıtmaq sizin üçün çətindir. Amma bunu etmək lazımdır. Nə etməli? Sevginizi ifadə etmək üçün başqa yollar tapın: Tez-tez öpüşün, qucaqlaşın. Biz sizə camaatın ortasında hisslərinizi açıq şəkildə ifadə etməyi tövsiyyə etmirik, lakin bir az daha həssas olsanız yaxşı olar.
Geri çəkilməyin
Nəzəri cəhətdən seks həyatınızın yaxşılaşmasına aparan yol o qədər də mürəkkəb deyil. Faktiki olaraq da, burda dəf ediləsi mümkün olmayan bir şey yoxdur. Hər bir problemi həll edərkən çətinliklərlə rastlaşırıq, ona görə də qorxmaq lazım deyil. Yadda saxlayın ki, sizin münasibətlərinizlə bağlı hekayənin əfsanəvi sonluğu olmasa belə, siz xoşbəxt olacaqsınız.