1.Kişinin temperamenti uşağın cinsinə təsir edir
E.a 335-ci ildə Aristotel belə nəzəriyyə irəli sürmüşdü ki, kişinin yataqda sərgilədiyi temperamenti doğulacaq uşağın cinsini müəyyən edir.
Onun fikrincə, seks zamanı kişi “od”, qadın isə “buz” olmalı idi. Əslində isə, alimlər hələ də nəyin uşağın cinsinə təsir etdiyini bilmirlər.
2. Meteorizm (hava buraxmaq) ereksiyaya təkan verir
Bu gülməli nəzəriyyənin romalı əczaçı Qalen irəli sürüb. O hesab edirdi ki, yüksək meteorizm qarınla birlikdə penisi də şişirdir. Qalen afrodiziak qismində qarın köpdürən qidaları – paxlaları, ədviyyatları və xardalı məsləhət görürdü.
Zarafat bir qırağa, Qalen məsləhətləri Avropada XVIII-ci əsrədək ciddi qəbul edilirdi.
3. Ayaqların bintlənməsi orqazmın keyfiyyətini yüksəldir
Yəqin ki siz çinlilərin ayaq bintləmək adəti ilə tanışsınız. Qız uşaqlarının topuqlarını balaca vaxtından bintdə o qədər saxlayırdılar ki, onların ayaqları deformasiyaya uğrayırdı. Bu Çində qadın gözəlliyinin ən əsas əlamətlərindən biri sayılırdı. Yalnız imkanlı ailənin övladı özünə belə arvad ala bilərdi. Çünki belə qızlar ümumiyyətlə yeriyə, ev işi görə bilmirdilər.
4. Yağla masturbasiya uğurlu cinsi əlaqə üçün zəruridir
Qədim şumerlər masturbasiyanı normal seks həyatının zəruri hissəsi sayırdı. Bunu həm kişilər, həm də qadınlar etməli idilər. Bəzi şumer mənbələri iddia edir ki, penisini müqəddəs “puru” yağı ilə yağlamayan kişi tam ereksiyanı təmin edə bilməz.
5. Uşağın olması üçün qadın orqazm keçirməlidir
XVI-cı əsrədək bu nəzəriyyə Avropada məşhur idi. Ehtimal edilir ki, pozğunluq dövrü yaşayan Avropada bu iddianı qadınlar irəli sürmüşdülər. Beləliklə onlar, seks zamanı kişilər qədər həzz almaq niyyətində idilər.
6. Kişi sidiyində boğulmuş kərtənkələ insanı seksual ehtirasdan xilas edir
Təsəvvür edin ki, sizə Böyük Pliniyin məsləhət gördüyü bu “dərmanı” içizdirirlər. Təsəvvür etdikdən sonra bunun o qədər də ağlasığmaz olmadığını görürük. Nəzərə almaq lazımdır ki, kərtənkələ məhz bu mayenin içində boğulmalıdır. Yəni, ölü kərtənkələni sidiklə dolu çəlləyə atsan bu effekti verməyəcək.
7. Oğlan uşağı sağ, qız uşağı isə sol yumurtadan peydahlanır
Böyük Pliniyin daha bir iddiası. Onun fikrincə, oğlan uşağına həyat verəcək sperma kişinin sağ, qıza həyat verəcək isə - sol yumurtasında yetişir.
Maraqlısı odur ki, bu nəzəriyyə orta əsrlərədək aktual olaraq qalıb. Müasir tibb isə bu iddiani tamamilə təkzib edir.