Cənubi Koreyanın paytaxtı Seulda təşkil edilən qraffiti sərgisinə gələn cütlük 500 min ABŞ dolları qiymətində rəsm əsərini bərbad edib.
Qadın və kişi “JonOne” yaradıcı təxəllüsü daşıyan Parisdə yaşayan amerikalı rəssam Con Endrü Perellonun fikrini səhv başa düşüblər.
Məlumata əsasən, rəsm əsərinin yanında kompozisiyanın bir hissəsi olan boya bankaları və fırçalar olub. Cütlük isə düşünüb ki, sərgini ziyarət edənlərə mücərrəd incəsənətə öz tövhəsini vermək təklif olunur. Nəticədə, onlar rəsmin üzərinə fırça ilə qara rəngdə xətlər əlavə ediblər.
Təsadüfi vandalların hərəkətlərini müşahidə kamerası çəkib. Onlar polis tərəfindən saxlanılıb. Lakin srəgi təşkilatçıları onlara qarşı hansısa bir şikayət irəli sürməyiblər. Çünki cütlüyün hərəkəti qəsdən olmayıb və anlaşılmazlıq nəticəsində baş verib.
Bu hadisədən sonra təsm əsərinin önündə baryer və “Əl dəymə!” yazılan nişan qoyulub.
После инцидента возле картины поставили ограждение и табличку с надписью «Не трогать».