Cari ilin mayın 11 19 yaşlı İlnaz Qəlyəviyev 175 nömrəli Qazan (Tatarstan) gimnaziyasında odlu silahdan atəş açıb.
Nəticədə 9 nəfər həlak olub.
Bəzi insanlar kütləvi qətliamın səbəbinin cinayətkarın videooyunlar oynamaq aludəsi olduğunu qeyd edirlər. Bu məqalədə yuxarıda göstərilən məqamları araşdıracağıq.
1999-cu ilin aprelin 20-də Dilan Klibold və Erik Harissin “Kolumbayn” təhsil ocağında törətdiyi qətliamdan sonra da ortaya kompüter oyunları atılmışdı.
Çünki onlarda “Doom” adlı şuterin level-dizaynı tapılmışdı.
Malay dilində ingilisləşmiş bir termin var “running amok”. Bu termin öncələr özünü sakit aparan, lakin silah əldə edərək qarşısına çıxanları və adətən, sonrasında özünü öldürən insana şamil edilir.
“Kolumbayn” tətikçilərini və İlnaz Qəlyəviyevi məhz “running amok” adlandırmaq olar. Bəs nəy görə yeniyetmələrin bu dəhşətli cinayətlərini videooyunlar oynamaq aludəsi ilə bağlayırlar?
Kütləvi ölümlər haqda kitab yazmış fəlsəfəçi Franko Bernardi bu strategiyanı “semiokapitalizm” – kütləvi media (obyektiv yox) reallığı yaradan məlumat cərəyanlarını idarə edən kapitalizm adlandırır.
https://images11.esquire.ru/upload/custom/39b/39b31ab93ca4fd8c8b48c229c7aa6d29.jpg
Lakin məsələyə məntiqlə yanaşsaq, videoyunların sayı və keyfiyyəti artdıqca, yeniyetmələrin təhsil ocaqlarında bu cür kütləvi qətliam törətməsi halları da artmalıdır. Lakin reallıqda biz bunun şahidi olmuruq.
https://images11.esquire.ru/upload/custom/7e1/7e19da10dbe4e324e11384a89da9629f.jpg
Beləliklə, əgər bu qəbildən olan cinayətlərin ən çox hansı ölkələrdə baş verdiyinə nəzər yetirsək, məlum olur ki, orada vətəndaşların silah almasına icazə var.
Məktəblərdə qətliamlar törədən bütün cinayətkarları buna sövq edən videooyunlar yox, stimul olub.
Məsələn, Qəlyəviyev qətliamı törətdikdən bir həftə öncə özünə “Teleqram” kanalı yaradaraq Allah olduğunu bəyan etmişdi.
“Kolumbayn” tətikçilərinin geydiyi futbolkaların üzərində isə “Təbii seçim” yazısı var idi.
https://images11.esquire.ru/upload/custom/6e3/6e315f9d014ef97f18f19826cc483eea.jpg
Müasir gəncliyi izah edən bəzi terminlər var – “amputasiya olunmuş hissiyyat”, “antiempatiya”. Bəli təəsüf ki, günümüzün gəncləri daha kobud və mərhəmətdən uzaqdırlar. Bəs yaxşı bunun günahkarı videooyunlardır? Xeyr, günahkar bütöv texnomədəniyyətdir. Fakt idur ki, bu gün uşaq bilgilərinin çoxunu valideynlərindən yox, maşınlardan alır. O, insanla təmasa girmək yerinə kompüterlə instruksiya mübadiləsi həyata keçirir.
Qəlyəviyev və Klibold kimi cinayətkarlar isə özlərini media vasitəsi ilə təqdim edir.
Sonda qeyd etmək lazımdır ki, kütləvi qətliamlar yeni bir şey deyil. Yeni olan onların brendə çevrilməsidir.
Terror aktına neçə saatın qaldığını sayan internet-gündəliklər, qətliamın real zamanda çəkilişi, cinayətin planlaşdırılması – bunların hamısı psixopatik virtual məşhurluq tələbatıdır.
Ola bilsin ki, bu rəssam Uorhollun “gələcəkdə hər kəs 15-dəqiqəlik şöhrət qazanacaq” ifadəsinin iyrənc reallaşmasıdır.